44 günlük Vətən müharibəsi zamanı şəhid olan Abdullayev Taleh Məhərrəm oğlunun anası İradə Qasımova səhhətində yaranmış problemlə əlaqədar olaraq olaraq Z.Məmmədov adına xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə birgə şəhid anasını ziyarət edib, onun səhhəti ilə maraqlanıb və şəfa diləyib.
Şəhər rəhbəri İradə Qasımovaya müvafiq köməklik göstərilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Qeyd edək ki, Taleh Abdullayev 17 oktyabr 2020-ci ildə Füzili rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq ölümündən sonra bir sıra medallarla təltif olunub.
Gununsesi.info