İcra başçısı şəhid evlərində - FOTOLAR

  • By admin
  • 19 Mart 2022 15:15

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Saray qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etmişdir.

Gununsesi.info xəbər verir ki, iştirakçılar əvvəlcə Saray qəsəbəsində tamamilə yenidən qurulan Şəhidlər Abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzərək vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilərək ruhlarına dualar oxunmuşdur.

Bildirilmişdir ki, qəsəbənin mərkəzi parkında yerləşən Şəhidlər Abidəsi əsaslı şəkildə təmir olunmuş, parkda ümumi təmir işləri aparılmış, həmişəyaşıl ağac və gül kolları əkilmiş, eləcədə 250 kvadradmetr əraziyə asfalt örtüyü çəkilmişdir.

Sonra Saray 3 saylı tam orta məktəbdə baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev pandemiya səbəbindən kənd və qəsəbələrdə keçirilməsi dayandırılan səyyar qəbulların bərpa olunduğunu və bundan sonra belə görüşlərin mütəmadi olaraq hər həftə keçiriləcəyini bildirmiş, yerlərdə qaldırılan məsələlərin mümkünlərinin tez bir zamanda həll olunacağını, müəyyən vaxt və maliyyə tələb edən məsələlərlə bağlı isə fəaliyyət planlarının hazırlanacağını qeyd etmişdir.

Rayon rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə başa çatan Vətən Müharibəsindən sonra mövcud ictimai-siyasi sabitlikdən, həmçinin ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrindən danışaraq qeyd etmişdir ki, digər qəsəbələrdə olduğu kimi Saray qəsəbəsində də əhalinin surətli artımı və bununla əlaqədar olaraq müvafiq kommunikasiya və sosial xidmət məsələlərinin yarandığı müşahidə edilməkdədir. Yerlərdə ortaya çıxan problemlərin araşdırılıb həll olunmasında səyyar qəbulların əhəmiyyətini vurğulayan RİH başçısı ölkədə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan danışaraq bundan sonra da bu kimi həssas təbəqəyə daimi olaraq diqqətin göstəriləcəyini bildirmişdir.

Daha sonra çıxış edən qəsəbə sakinləri daxili küçələrin abadlaşdırılmasında, mərkəzi yolların işıqlandırılmasında, marşrut avtobuslarının sayının artırılmasında, qəsəbədə Mədəniyyət Evinin tikilməsində, yeni məhəllələrə konalizasiya xəttinin çəkilməsində, mövcud xəttlərdə yaranan problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.

***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun adının verildiyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətində qoyulmuş büstünün açılışı olub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailələri, qazilər və məktəbin kollektivi iştirak etmişdir.

Açılış mərasimində RİH başçısı çıxış edərək bildirmişdir ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi ilə xalqımız döyüş meydanında düşmənə qalib gəlmiş və 30 illik işğala, vətən həsrətinə son qoyulmuşdur. Vətən Müharibəsində igidlərimizin göstərdiyi şücaətlərdən, onların dastanlara çevriləcək qəhrəmanlıqlarından danışan RİH başçısı şəhidlərimizin, qazilərimizin, ümumilikdə ordumuzun sayəsində dədə-baba torpaqlarımıza döndüyümüzü xatırladaraq, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini qeyd etmişdir. Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun büstünün ucaldılmasının vətənpərvərliyin təbliği istiqamətində mühüm addım olduğunu, igidimizin həyatının gənc nəslin təlim-tərbiyə olunmasında mayak rolunu oynayacağını qeyd edərək başçı bu kimi tədbirlərin davamlı olacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

V.Musibovun anası Səməngül Musibova da öz növbəsində dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğının daima göstərildiyini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

***
Abşeron rayon Mədəniyyət Mərkəzində şagirdlər arasında keçirilən “TEENEAGLE” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Təhsil Nazirliyi Aparatının Lisey və gimnaziyalarla iş şöbəsinin sektor müdiri Fuad Qarayev, Yaponiya və Böyük Britaniyanın ölkəmizdəki səfirləri, YAP Abşeron Rayon Təşkilatının sədri və eləcə də şagird və valideynlər iştirak etmişdir.

Azərbaycan himninin səsləndirilməsindən və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra bildirilmişdir ki, “TEENAEGLE” (Beynəlxalq ingilis dili olimpiadası) müsabiqəsi dünyanın bir çox ölkələrində V-XI sinif şagirdləri arasında keçirilir. Azərbaycanda ilk dəfə olaraq ölkə üzrə 12.02.2022-ci il tarixində Zirvə liseyində keçirilmişdir.

Müsabiqədə ölkədə fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələri üzrə təhsil alan V-XI sinif şagirdləri ingilis dili müsabiqəsində iştirak etmiş və müvafiq olaraq ümumilikdə 147 nəfər şagird qızıl, gümüş, bürünc medallar qazanaraq ölkəmizi digər iştirakçı ölkələr arasında tanıtmışlar.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müsabiqədə qalib gələn şagirdləri təbrik edərək, onlara uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın digər sahələrə olduğu kimi təhsil sahəsinə də göstərdiyi diqqət və qayğının nəticəsində böyük inkişaf əldə olunduğunu vurğulayan başçı bildirmişdir ki, ölkə ərazisində yeni-yeni məktəb binaları tikilmiş, şagirdlərin beynəlxalq olimpiadalarda əldə etdiyi uğurlar artmış, o cümlədən təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır. Bundan sonra qalib gələn şagirdlərə diplomlar və mükafatlar təqdim olunmuşdur.

***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Avropa Çempionatında medal qazanan Abşeronlu güləşçilərlə görüşmüşdür. Görüşdə bildirilmişdir ki, cari ilin 9-13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək sərbəst güləşçilərin Avropa Çempionatında təmsilçilərimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə etməyi bacarmışlar. Çempionatda İslam İlyasov (97 kq) və Jalə Əliyeva (62 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal əldə etmişlər. Elnurə Məmmədovadan (55 kq) və Aydın Əhmədov (125 kq) isə müvafiq olaraq gümüş və bürünc qazanmış və ümumi medalların sayına görə Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür.

Mükafatçıları əldə etdikləri uğurlara görə təbrik edən RİH başçısı ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında idman sahəsində qazanılan uğurlar barəsində məlumat vemişdir. Respublika ərazisində olimpiya mərkəzlərinin tikilməsindən, beynəlxalq turnirlərin keçirilməsindən söz açan başçı Azərbaycan idmançılarının ildən ilə nəticələrinin artdığını və artıq yüksək çəki dərəcələrində də medalların qazanıldığını qeyd etmişdir.

Sonda idmançılarla xatirə şəkili çəkilmişdir.

***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək onun qızının doğum günündə iştirak etmişdir.

RİH başçısı şəhidin qızı Elay Həsənlini 9 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanmış, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir.

Şəhid ailəsi də öz növbəsində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramı ilə əlaqədar şəhid Abbasov Səxavət Rizvan oğlunun, şəhid Ataşov Asif Kərim oğlunun, şəhid Tahirov Vüsal Mehdi oğlunun və şəhid Mehdiyev Rəşad Rəhman oğlunun əvvəllər yaşadığı evlərinə gedərək onların ailə üzvləri ilə görüşmüşdür.

RİH başçısı ziyarət zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu. Xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

***
Abşeron Rayon İcra Hakimiyyətinin, RİH başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın və Abşeron Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, İctimai Şuranın üzvləri və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Hərbi hissənin komandanlığı Abşeron RİH rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirərək ölkədə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin torpaqlarımızı daim müdafiə etməyə hazır olduğunu bildirmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova hərbi hissənin əsgər və zabit heyətini bayram münasibəti ilə təbrik edərək, Vətən Müharibəsində ordumuzun qazandığı qələbədən, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında döyüş meydabnında əldə edilən zəfərdən danışaraq Azərbaycanın ordu quruculuğunda böyük naliyyətlərin əldə olunduğunu qeyd etmişdir.

Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olunmuşdur.
Sonra əsgər yeməkxanasına baş çəkilib və əsgər yeməyindən dadına baxılmışdır.
Tədbir incəsənət nümayəndələrinin konserti proqramı ilə davam etdirilmişdir.

***
Müqəddəs Novruz bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının, bələdiyyələrin, kənd və qəsəbələrin icra nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində yaşayan 114 şəhid ailəsi, o cümlədən Vətən Müharibəsi əlilləri ziyarət olunmuş, onların bayramları təbrik edilmişdir.
Şəhid ailələri və qazilər də bütün bayramlarda dövlət tərəfindən yad edildiklərini önə çəkərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində keçirilən Novruz şənliklərində göstərdikləri dəstəyə görə “Qurtuluş-93”, “Dəvəli”, “Mətanət A”, “Səhliyalı” şirkətlərinə, “Veysəloğlu” Şirkətlər Qrupuna və “Şahdağ-E” MMC Arıçılıq firmasına təşəkkürünü bildirir.

Gununsesi.info