İcra başçısı şəhidin anım günündə - FOTOLAR

  • By admin
  • 23 Fevral 2022 13:16

Gəncədə şəhid Əmrah Rajapovun anım günü qeyd olunub

Fevralın 23-ü Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək canından keçən qəhrəman Vətən oğullarından Əmrah Rajapovun anım günüdür.

Gununsesi.info bildirir ki, anım günündə Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin uyuduğu məzar ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, Gəncə Uşaq Evinin müəllim və sakinləri, Vətən müharibəsi iştirakçıları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin əzizlərinə, dostlarına bir daha başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, qeyd edib k, biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hiss ilə anır və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadırıq.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu xüsusi ilə vurğulayıb.
Gəncə Uşaq Evinin müəllim və sakinləri, şəhidin dostları, yaxınları çıxış edərək xatirələrini bölüşüb, Əmrahın bacarıqlarından, şeir yazmasından, rep oxumasından, rəsm çəkməsindən, maraqlı əl işlərindən, onun mehribanlığından danışıblar.
Çıxış edənlər Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Əmrah Rajapov 11 dekabr 2000-ci ildə Gəncə şəhərində Goranboy Rayon Zeyvə kəndində doğulub. 12 yaşından Gəncə Şəhər Uşaq Evində yaşayıb. Gəncə şəhərində 34 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin olunub. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb. 23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.