İcra başçısı sakinlərlə görüşdü - Fotolar

Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

Gununsesi.info xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında baş tutub.

Tədbirdə habelə Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin və MKTB-nin rəhbərliyi də iştirak edib.

İcra başçısı Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edin.

Yasamal rayonunun sakinləri Çernobıl qəzası əlillərinin mənzillə təminatı, qurumuş ağacların budanması, bina həyətlərində şlaqbaumların quraşdırılması, dam örtüklərinin təzələnməsi, evlərin təmiri, şəhid ailələrinin sosial müraciətləri, kanalizasiya xəttlərinin mövcud vəziyyəti və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.