İcra başçısı sosial şəbəkələrdə onu tənqid edən şəxsi həbs etdirib - QƏNİMƏT MƏMMƏDOVUN PROSESUAL HÜQUQLARI DA POZULUR

  • By admin
  • 11 May 2018 19:32

Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə rayon sakini Qənimət Məmmədov şərlənərək həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Qənimət Məmmədovun yaxınları yazıb.

Bildirilir ki, onun həbsinə səbəb icra başçısının fəaliyyətini mətbuatda və sosial şəbəkədə ictimailəşdirməsi olub: “Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib. Həbs edilən Qənimət Məmmədovun müdafiə hüquqları pozulub onunla əsir kimi davranılır. Qeyd edim ki. ittiham tam saxta və qondarmadır.2-ci qrup əlil və 3 azyaşlı övladı olan Qənimət Məmmədovun tam günahsız olmasına dair konkret və mötəbər subutlar var”.

Gununsesi.info