İcra başçısı və deputat əhali ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər. Səyyar qəbul rayondakı 167 saylı tam orta məktəbin akt zalında baş tutub.

Gununsesi.info xəbər verir ki, görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərin 100 illiyi ilə baglı rayonda həyata keçirilən tədbirlər və planlar barədə ətraflı məlumat verdi. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı.

Söz alan vətəndaşlar qəyyumluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, dərman məhsullarının keyfiyyəti, tikinti şirkətləri ilə vətəndaşların kompensasiya ilə baglı mübahisələri, sosial yardım, agacların budanması, parkinq problemi, qəzalı evlərin təmiri, narkomaniya ilə mübarizə, pensiya yaşı və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. İ

ki saata yaxın davam etmiş qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra problemlərin həllinə dair göstərişlər verildi.Öz növbəsində Milli Məclisin deputatı Ülvi Quliyev dərman məhsullarının keyfiyyəti və mövcud qiymətləri ilə baglı qanunvericilik səviyyəsində görülən işlər barədə məlumat verdi. Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

 

 

 

Şəbnəm

Gununsesi.info