İcra başçısı və millət vəkili ərazidə Yasamal sakinləri ilə görüşdülər -FOTO

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlarla bir araya gəliblər. Səyyar qəbul Akademik Zərifə Əliyeva adına liseyin akt zalında keçirildi. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri üzləşdikləri problemlər barədə söz açmağa dəvət etdi.

HTML tutorial

Söz alan vətəndaşlar tikinti şirkətlərindən şikayətlər, həyətlərdə nizamsız parkinqlər,binalarda yaşayış sahələrinin qeyri-yaşayış statusuna keçirilməsi, küçə işıqlandırılması, su saygaclarının fəaliyyəti, qurumuş agacların budanması, istilik sistemi, qəzalı yataqxanaların gələcəyi, məşğulluq və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Gununsesi.info