İcra başçısı yol qəzası törətdi - POLİS HADİSƏ YERİNDƏN QAÇAN MİRHƏSƏN SEYİDOVU EVİNDƏN TAPDI

  • By admin
  • 25 Oktyabr 2021 00:26

Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidovun axşam saatlarında idarə etdiyi avtomobillə adam vurması barədə xəbər yayılıb.

Gununsesi.info-nun sosial şəbəkələrə istinadən verdiyi xəbərə görə, olay rayonun Aşağı Surra və Kürqarabucaq kəndləri arasında baş verib.Məlumata görə, icra başçısı  idarə etdiyi “Toyota Camry” markalı maşınla yol kənarı ilə gedən kənd sakinini vuraraq hadisə yerindən qaçıb. Buna baxmayaraq polis əməkdaşları onun evinə qədər gedərək avtomobili tapıb və müvafiq protokol tətbiq ediblər.

 

Gununsesi.info