İcra başçısının müavini Bakıda qəzaya düşdü – Xanımı və sürücü öldü

  • By admin
  • 25 Noyabr 2019 11:21

Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Axar.az-a daxil olan məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, hadisə gecə saatlarında baş verib.

“Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının öldüyü deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, – deyə icradan bildirilib.

Sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.

Qəza baş verən avtomobildə Rəşad Zeynalovun özünün də olduğu deyilir.

Gununsesi.org