İcra başçısının müavini işdən çıxarıldı - FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, o, öz ərizəsi ilə işdən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Gununsesi.info