İcra başçısının müavininə PA-da vəzifə verildi

  • By admin
  • 30 May 2019 11:30

Masallı rayon icra başçısının müavini Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışacaq.

Gununsesi.org Oxu.az-a istinadən bildirir ki, bərinə görə, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini,  Sosial-iqtisadi İnkişafın təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri Nəsir Muxtarlı vəzifəsindən azad edilib.

Öz ərizəsi ilə işdən çıxan Nəsir Muxtarlı bundan sonra Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini tutacaq.