İcra başçısının qohumu özünü asıb

  • By admin
  • 22 May 2018 17:53

Naftalanda intihar hadisəsi baş verib. Gununsesi.info-nun xəbərinə görə, rayonun istirahət mərkəzlərindən birinin sahibi olan Elşad Əmiraslanovun kürəkəni özünü asaraq öldürüb.

Elşad Əmiraslanovun Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə bacanaq olduğu bildirilir.

Qeyd edək ki, Elşad Əmiraslanov Nizaməddin Quliyevin biznes şəbəkəsini idarə edən əsas adamlardan biridir.

Mənbəmiz bu intihar olayının səbəbinin gizlin saxlandığını deyib.