Xəbər verdiyimiz kimi, tanınmış vəkil Elçin Sadıqovun Binəqədi rayon, Atatürk prospektində piyada zolağının tutulması ilə bağlı etirazı saytımızda işıqlanmış, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu göndərilərək, məlumat verilmişdir.
Gununsesi.info xəbər verir ki, problem saytımızında işıqlanandan dərhal sonra operativ reaksiya verilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə baxış keçirilib, piyada zolağında hərəkətə maneə törədən məsələ də aradan qalxmışdır.
Qeyd edək ki, daha əvvəl təqdim olunan görüntülərdən piyada keçidlərin tutulması nəticəsində insanlar yolun ortası ilə, az qala maşınlarla bərabər hərəkət etməsi müşahidə olunurdu. Bu isə həm qəza şəraiti yaradır, həm də insanların ümumi hərəkətinə maneə törədirdi.
Gununsesi.info