İcra hakimiyyətinin qarşısında bıçaqlanma hadisəsi olub

  • By admin
  • 17 Mart 2023 11:07

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bıçaqlanma hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, Rafiz Nəcəfov münaqişə zəminində Cavidan Mirzəyevi bıçaqlayıb.

Daha sonra Rafiz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info