İcra hakimiyyətinin qarşısında özünü yandırdı - 2 polis də xəsarət aldı

  • By admin
  • 10 Fevral 2022 11:45

Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyindən (DİN) Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb. Lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info