
İstanbul Maliyyə Cinayətiylə Mübarizə İdarəsinin əməkdaşları “Rüşvətsiz işimizə baxmırlar” şikayətləri sonrası icra orqanlarında əməliyyat keçiriblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, Çağlayan Ədliyyəsi 14 icra orqanının hər birində bu əməliyatı təşkil edib. Hər sənədə görə 100 lirədən 10 min lirəyə qədər rüşvət aldığı iddia edilən 18 icra nümayəndəsi, müavini və katibi saxlanılıb.
Gizli kameralarla təşkil edilən təqiblər zamanı toplanan rüşvətin ən azı 1 milyon lirə olduğu məlum olub.
Rüşvət əməliyyatının görüntülərini təqdim edirik:
Gununsesi.info