
Meksikada naməlum şəxslər qadın və dörd uşağını xüsusi amansızlıqla qətlə yetiriblər. Gununsesi.org əcnəbi mediaya istinadən xəbər verir ki, öldürülənlər Çiuaua ştatının Mormon ictimai təşkilatının fəalı Xulian Le Baronun ailə üzvləri olub.
Onun sözlərinə görə, Sonor və Çiuaua ştatı arasındakı sərhəddə cinayətkarlar arvadının və uşaqlarının olduğu avtomobili atəşə tutublar. Ölənlərdən ikisi yeddi aylıq əkizdir.
Hücumdan sonra hadisənin baş verdiyi rayonda iki qadın və doqquz uşaq qaçırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.