İctimai nəqliyyatda koronavirusa yoluxma ehtimalı daha yüksəkdir

  • By admin
  • 02 Sentyabr 2020 17:24

Çinin Ninqbo şəhərində bir avtobusa minmiş şəxslərin həmin səfər zamanı koronavirusa yoluxması COVID-19 virusunun təkcə damcı yolu ilə yox, hava yolu ilə də ötürülə biləcəyini üzə çıxarıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yanvar ayında, yəni hələ maska taxmaq və ara məsafəsi gözləmək qaydaları tətbiq edilməmiş Çinin şərqindəki Ninqbo şəhərində 128 dindarın iki avtobusa minib buddist mərasiminə yollandığı zaman avtobuslardan birində koronavirusa yoluxmuş, amma bundan xəbərsiz bir sərnişinin 24 nəfəri də yoluxdurması ilə bağlı “JAMA İnternal Medicine” dərgisində məqalə dərc olunub.

Tədqiqat müəllifləri həmin sərnişinin koronavirusun ilk dəfə tapıldığı Uhan şəhərindən olanlarla təmasda olduğunu, avtobusa minəndə də oradakı 68 nəfərdən 23-nü yoluxdurduğu qənaətinə gəliblər.

Bəzi məlumatlara görə, 64 yaşlı qadın olan həmin xəstə əvvəlki gün Hubey əyalətindən (koronavirusun ocağı) olan qonaqlarla nahar edibmiş.

Rəsmi şəxslər və ekspertlər avtobusda həmin sərnişindən 1-2 metr məsafədə və daha uzaqda olanların damcı yolu ilə yoluxduqlarını bildiriblər. Bununla belə ondan yeddi sıra aralı oturanlardan da yoluxan olub. Xəstənin özü isə səfər boyu hər hansı əlamət göstərməyib. Müəlliflər qapalı və hava hərəkəti olmayan məkanlarda COVID-19-un daha sürətli yayıldığını qeyd edirlər.

Eyni zamanda avtobusun qapı və ya pəncərələrinə yaxın olanlarda yoluxma ehtimalının azaldığı da göstərilir.

 

 

Gununsesi.info