“İctimai və siyasi təşkilatları maliyyələşdirmək üçün elə vəsait ayırmalıyıq ki, onlar xarici donorların, Sorosların cibinə baxmasın” - DEPUTAT

  • By admin
  • 07 Noyabr 2017 12:54

Komitə sədri ictimai birliklər və siyasi təşkilatların maliyyələşməsi üçün əlavə vəsaitin ayrılmasını təklif etdi.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu gün elə ictimai və siyasi təşkilatlar var ki, onlar xaricdən aldığı yüksək məbləğ hesabına onların siyasətini yürütməyə çalışır. “Hansı ki, bu siyasət heç də Azərbaycanın maraqlarına uyğun gəlmir. Ona görə də büdcədən biz ictimai və siyasi təşkilatları maliyyələşdirmək üçün elə vəsait ayırmalıyıq ki, onlar xarici donorların, Sorosların və digərlərinin deyil, dövlətin cibinə baxsın”- deyə, S.Novruzov bildirib.

Mürtəza

Gununsesi.info