Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayon Arxiv İdarəsinin keçmiş əməkdaşı Paşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub. Azadlıqda olan P. Məmmədov məhkəmə zalından həbs edilərək istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, P. Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinə əsasən təqsirləndirilib. O, rayon sakini Kərimula Kərimovdan arayış vermək üçün 1300 manat rüşvət alıb. İstintaq zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Gununsesi.info