
XXI əsrin əsas çağırışlarından biri də dünyamızın ekoloji problemləridir.
Təsadüfi deyil ki, Azərbaycan hökumətinin də əsas prioritetlərindən biri ölkəmizdə ekoloji problemlərin həllidir.
Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bu posta təyinatından sonra bu sahədə ciddi uğurları olub.
Son zamanlar nazirin birbaşa iradəsi ilə adıçəkilən strukturlarda çalışanlanların neqativ hərəkətləri ciddi araşdırırlır və tədbirlər görülür.
Cənab nazirin uğurlu kadr təyinatlarından biri də Nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinədir. Bu idarəyə rəis təyin olunan Şahin Əliyev ilk gündən əməkdaşların nizam-intizamına, eləcə də şəffaf fəaliyyətinə nail olmaqdır.
Şahin Əliyevin bu vəzifəyə təyinatından sonra qanunsuzluqlara qarşı ciddi iradə nümayiş olunur. Ancaq bu, bəzi neqativ əməllərlə məşğul olan adamların işinə yaramır. Bəzi hallarda reket mətbuata üz tutan bu tipli adamlar Şahin Əliyev və nazirlik barəsində böhtan, şantaj xarakterli informasiyalar yaymağa çalışır.
Bu yazıları araşdıranda məlum olub ki, Şahin Əliyevin təyinatından öncəki illərdə baş verənlər yeni xəbər kimi təqdim olunub.
Cəmiyyətdə heç bir çəkisi və nüfuzu olmayan bəzi reket saytların ümidinə qalan bu cür adamlar dərk etmir ki, görülən işlərə kölgə salmaq mümkünsüzdür.
Günay
Gununsesi.info