“Struktur və kadr islhatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına,ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfəyə yönəlik meyarlarla ölçülməlidir”.
Bunu Gununsesi.info-ya açıqlamsında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Baş nazirin müavini Əli Əhmədovun ölkədə idarəetmə sistemində şişirdilmiş aparat problemi ilə bağlı yazısına mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycannın qarşısında duran ən mühüm vəzifələrdən biri neft-qaz sahəsinin üstün inkişafına əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf madelinə keçid prosesesini maksimum sürətləndirməkdən ibarətdir. “Azərbaycanın texnoloj cəhətdən daim geri qalması kimi çox ciddi və taleyüklü bir problemi həllini fundamental şəkildə həyata keçirməkdən və əhalininin güzəranını ölkə potensialına layiq səviyyəyə qaldrmaqdan ötrü həmin məsələlərin səmərəli həlli cəmiyyət həyatının bütün sahələrində köklü və demokratik islahatlar tələb edir. Bu məsələdə isə həlledici rol dövlət idarəetmə siisteminin fəaliyyətini günün tələbləri səviyyəsinə çatdırmaqdır”- deyə, o, bildirib.
Millət vəkili bildirib ki, artıq bu istiqamətdə addımlar başlanıb:
“Bu sahədə islahatlar başlamazdan əvvəl əhalisi 10 milyonun altınada olan kiçik bir dövlət olmasına baxmayaraq Azərbaycanda 20 nazirlik və təqribən bir o qədər də komitə, xidmət və sair baş idarələr var idi. Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən dövlət idarəçiliyi sahəsində çalışanların say göstəriciləri normal hesab oluna biləcək ölkələrlə müqayisədə yüksəkdir. Belə vəziyyət, xüsusən indiki mərhələdə həm idarəetmə sisteminin səmərəli fəaliyyətinə mane olur, həm inhisarçılıq, korrupsiya, kölgə iqtisadiyatı və s. mənbələrindən biri kimi çıxış edir, həm də maliyyə baxımından büdcə üçün çox ağır bir yükdür”.
Ə.Məsimli hesab edir ki, idarəetmə aparatında həm struktur təkmilləşdirmələri, həm də ixtisrarlar özündəməqsəd xarakteri daşımamalıdır:
“İxtisarlar, xüsusən də öz işinin yüksək səviyyəli mütəxəssisi olmaqla bütün parametlərinə görə öz müdirindən yükəskdə duran qiymətli kadrların işdən kənarlaşdırılması ilə müşaiyət olunmalıdır. Struktur və kadr islhatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına,ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfəyə yönəlik meyarlarla ölçülməlidir. Bu baxımdan sözügedən problemlərinin optimal həlli digər vacib şərtlərlə yanaşı dövlət idarəetmə sisteminin düzgün kadr islahatları ilə müşaiyət olunan variantda əsaslı surətdə təkmilləşdirilməsini obyektiv təlabata çevirilib”.
Millət vəkili əlavə edib ki, ona görə də son Konstitusiya dəyişikliklərində birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri müəyyənləşdirildikdən və bu istiqamətdə real addım atılıb birinci vitse-prezident institutu yaradıldıqdan sonra, həm buna müvafiq, həm də ümumiyyətlə dövlət idarəetmə sistemində nəzərəçarpan islahatlar gözlənilir:
“Fikrimizcə, İdarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi sahəsində tədbirlər sadalayacağımız istiqamətlərdə həyata keçirilməlidir: Birincisi, idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, bürokratiyaya, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməsi.
İkincisi, idarəetmənin təşkilati strukturunun kadr islahatları da daxil olmaqla insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi:
-Dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən “çevik və kiçik hökumət”modelinə keçilməsi. Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi. İqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürümnməsi hallarının aradan qaldlrılması, koordinasiya işinin səmərəliliyinin artırılması;
-İdarəetmənin təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməsinin vacib şərti kimi idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi;
-Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımların atılması;
-Regionların idarə edilməsi siteminin səmərəliliyini artırılmaısna yönəlik təsirli tədbirlərin görülməsi; -Elektron hökumət layihəsinin tətbiqinin səmərəliliyinin artırılması;
-“Asan xidmətin” tətbiq dairəsinin genişləndirilməsi; Üçüncüsü, insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf madelinə keçid prosesesini maksimum sürətləndirməkdən ötrü ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin genişləndirilməsi, beynəlxalq meyarlara uyğun texnokratların formalaşması işinin dəstəklənməsi. Dördüncüsü, Azərbaycanın anti-böhran tədbirlərinin sürətləndirilməsində və insan inkişafının prioritet təşkil etdiyi innovasiyalı inkişaf madelinə keçidin reallaşdırılmaısnda ölkənin həqiqətən öz işini yükəsk səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı istedadlı gənclərin rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsidir”.
Mürtəza
Gununsesi.info