İdlib bombalandı:  ölənlər var

  • By admin
  • 31 Mart 2018 20:29


Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgələrinə aviazərbələr endirilib.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində 14 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

İdlibin Mülki Müdafiə müdiri Mustafa Həc Yusif ölənlərin mülki vətəndaş olduğunu deyib. O, ərazidə axtarış-xilasetmə tədbirləri aparıldığını söyləyib. Suriyalı müxaliflər isə Rusiya hərbi təyyarələrinin İdlib şəhərində müxtəlif bölgələrə havadan zərbələr endirdiyini açıqlayıb.

Qeyd edək ki, son 3 həftə ərzində İdlib və Həma şəhərlərinə edilən hücumlar nəticəsində 112 mülki vətəndaş həlak olub, 110 nəfər yaralanıb.

 

Gununsesi.info