
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.
Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.
“Üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb”, bəyanatda deyilir.
Gununsesi.info