İdlibdəki xəstəxananı kim bombalayıb?

  • By admin
  • 25 Aprel 2017 13:09

unnamed (13)
Suriyanın İdlib şəhərinin Kefer Teharim mahalındakı xəstəxanaya və Duveyle kəndinə hava zərbəsinin endirilməsi nəticəsində 15 nəfər mülki şəxs həlak olub, 8 nəfər isə yaralanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava zərbəsi nəticəsində xəstəxananın qarşısında dayanan iki təcili yardım maşını və bina tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, hava hücumunun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Anar
Gununsesi.info