İdman mərkəzində məşqçilər arasında dava -VİDEO

Ötən gün Balaxanı İdman Mərkəzində məşqçilər arasında dava düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan video böyük müzakirələrə səbəb olub.

Mühafizə və polisin olmaması tənqid edilib.

Məsələ ilə bağlı açıqlama verən Balaxanı İdman Mərkəzinin direktoru Müşfiq Hüseynov bunları deyib: “Orada iki məşqçi arasında mübahisə olub. Hadisəni böyütməyə ehtiyac yoxdur. Həmin vaxt orada polis də olub, mühafizə də olub”.

Qeyd edək ki, ötən ilin noyabr ayında Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilmişdi və orada 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla qətlə yetirilmişdi.

Gununsesi.info