“İdman obyektləri yox məcburi köçkünlərə ev tikmək lazımdır” - 9 MİN QAÇQIN EVSİZDİR

  • By admin
  • 03 Dekabr 2016 12:49

qudret

“Ölkə üçün prioritet idman obyektləridir, yoxsa qəzalı evlərdə yaşayan məcburi köçkünlərin sosial şəriatinin yaxşılaşdırılması?!”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, Məcburi Köçkünlər və Qaçqınlar üzrə Dövlətə Komitəsinin hesabatında Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına əsasən göstərib ki, bu gün ölkə ərazisində doqquz min məcburi köçkün və qaçqın qəzalı evdə yaşayır. Ancaq Azərbaycan hökuməti 2017-ci ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi ilə cəmi 90 milyon manat vəsait ayırmağı nəzərdə tutur: “Bununla müqayisədə Azərbaycan hökuməti 2017-ci ildə büdcədən idman obyektlərinin tikintisinə 330 milyon manatdan artıq vəsaitin ayırmağı planlaşdırır. Görəsən bu nə qədər ədalətli yanaşmadır. Bu ölkə üçün prioritet məsələ idman obyektlərinin tikintisidir, yoxsa qəzalı evlərdə yaşayan məcburi köçkünlərin sosial şəriatinin yaxşılaşdırılması?! Təbii ki, idman obyektləri də tikilməlidir və vəsait ayrılmalıdır, daha bu səviyyədə yox… Ona görə də hökumətə təklif edirəm ki, büdcə təsdiq edilmədən bu məsələyə baxıb qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsaitin həcminin artırılmasına baxmalıdır”.

Millət vəkili onu da əlavə edib ki, hökumət qaçqınlara istifadəsiz kənd təsərrüfatı torpaqlarını ayırmağı və onlara ev tikmək üçün nağd pul verməyi də təklif edib: “Hesab edirəm ki, qaçqınların özlərinin tikdiyi evlərin maya dəyəri daha ucuz başa gələcək və bundan udan yenə də hökumət olacaq”.

Q.Həsənquliyev həmçinin hökumətə qısa zamanda dövlət xəstəxana və diaqnostik mərkəzlərin özəlləşdirilməsini təklif edib: “Nə qədər gec deyil hökumət dövlət xəstəxanaları və respublika ərazisində tikilən diaqnostika mərkəzlərini özəlləşdirməyə çıxarmalıdır. Son illərdə respublika ərazisində xeyli sayda xəstəxana və tibbi diaqnostika mərkəzləri tikilib, Bu tibb müəssisələri müasir tibbi avadanlıqla təmin olunub. Ancaq bir müddətdən sonra bu tibbi avadanlıqalr köhnələcək və yenisi ilə əvəz olunmasına ehtiyac yaranacaq. Dövlət bu məsələdən azad olmaq üçün gecikmədən xəstəxana və diaqnostik mərkəzləri özəlləşdirməyə çıxarmalıdır”.

Mürtəza

Gununsesi.info