İdman şərhçiləri üçün seminar keçiriləcək

  • By admin
  • 31 May 2017 16:42

07

İyunun 6-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün seminar keçiriləcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, seminara rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmak rəhbərlik edəcək.

Seminarda iştrak etmək istəyən şərhçilərin iyunun 5-dək qeydiyyatdan keçmələri xahiş olunur.

Anar

Gununsesi.info