“İdman TV”-də yeni direktor təyinatı

  • By admin
  • 29 Fevral 2020 12:17

“İdman TV” telekanalında yeni təyinat olub.

Gununsesi.org  xəbər verir ki, tanınmış idman jurnalisti Rövşən Binnətli sözügedən telekanala direktor təyin olunub.

 Bu vəzifə ona müvəqqəti olaraq həvalə edilib.

Qeyd edək ki, daha öncə “CBS Sport”da şef redaktor vəzifəsinə çalışan R.Binnətli 2019-cu ilin oktyabrında AzTV-də direktor müavini təyin edilmişdi.

Gununsesi.org