İrlandiyalı qarışıq üslublu döyüşçü (MMA), iki çəki dərəcəsində Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor İrlandiya prezidenti olmaq istəyirdi.
Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkə səhifəsində danışıb.
Makqreqor 2025-ci ildə İrlandiya prezidentliyinə namizəd olacağına eyham vurub.
“Mən irlandların bu soyğunçulardan və ailələri və kiçik biznesləri məhv edənlərdən almağa çalışdıqları bütün cavabları alacağam. Yüksək vəzifələrdə olan şarlatanlar İrlandiya xalqı qarşısında cavabdehlik daşıyacaqlar”, – deyə o yazıb.
İdmançı qeyd edib ki, ölkəyə sırf xalqın mənafeyi üçün çalışacaq fəal prezident lazımdır: “Yeganə məntiqli seçim mənəm”.
Makqreqor sonuncu döyüşünü 2021-ci ilin yayında keçirib, amerikalı Dastin Puayeyə texniki nokautla uduzub.
İrlandiyalının ayağı sındığı üçün bundan sonra döyüşlərdə iştirak etməyib.
Gununsesi.info