İdmançılar ali məktəbə imtahansız qəbul olunacaq

  • By admin
  • 13 Mart 2023 11:04

Biz bir çox idmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

“İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla da Azərbaycan bayrağının xaricdə yüksəldilməsinə daha çox nail ola bilərik. Bu gün artıq dünya standartlarında idman həvəskar istiqamət kimi yox, peşakar iş kimi görülür. Bizdə də belə olmaldır”,- deyə nazir çıxışında vurğulayıb.

Gununsesi.info