İdmançılar “İnter Arena”dan çıxarılır - İCARƏ PULU ÖDƏYƏ BİLMƏDİYİ ÜÇÜN

  • By admin
  • 19 Oktyabr 2017 12:10
59e85bf88704e_d646aa963200
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Karate Federasyasında maaş qalmaqalı yaşayıb. Federasiya 6 aydır ki, maaş üzünə həsrət qalıb.
Gununsesi.info xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, iş o yerə çatıb ki, qurum hazırda “İnter Arena”nın daxilində olan məşq etdikləri zalı da tərk edə bilərlər.
“Aqrarkredit” QSC idarəçiliyində olan “İnter Arena”dan idmançıları çıxarmaq ehtimalı var.
Belə ki, rəhbərlik karateçilərə və “İnter” klubuna hələlik arenada məşq etməyə icazə verib. Lakin bu müvəqqəti haldır.
Həm futbolçular, həm də karateçilər yaxın zamanda arenanı tərk etməli, yeni məkan tapmalıdırlar. “İnter” klubu arenaya icarə pulu ödəyə bilmədiyi üçün sadəcə, kommunal xidmətlərini ödəməklə kifayətlənirlər.
Qeyd edək ki, oktyabr ayının 28-dən etibarən “İnter” adını dəyişərək “Keşlə” adıyla fəaliyyət göstərəcək.

Gununsesi.info