Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növü üzrə Avropa çempionatı başa çatmaq üzrədir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, gənclər, U-23 və Elit kateqoriyası üzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.
Finişə 25 km qalmış İvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində vaxt itkisinə məruz qalıb və əsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.
Kənan Qəhrəmanlı qəza səbəbindən yarışı başa vura bilməyib. Finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin 69-cu olmasına səbəb olub.
Qadın velosipedçimiz Yelena Pavluxinaya isə 97 idmançı arasında 35-ci olub.
Gununsesi.info