İdmançılarımız nə vaxt Bakıda olacaq? - Rəsmi

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Report-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

“Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub”, – o, əlavə edib.

Nazirlik sözçüsü bildirib ki, komandanı Tiflisdən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.

 

Gununsesi.info