
2-ci Avropa Oyunlarında cüdoçularımızın bugünkü mübarizəsi başlayıb.
Gununsesi.org xəbər verir ki, ilk olaraq tatamiyə 100 kq-da Elmar Qasımov çıxıb.
O, 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gəlib.
Qasımov bu görüşdə vazari xalı ilə qalib gəlib.
90 kq-da Məmmədəli Mehdiyev 1/16 finalda yerli idmançı Yahor Varapayevlə qarşılaşıb. O, cərimə xalları ilə qalib gəlib.
Gununsesi.org