İdmançımız Kyokushindo idman növü üzrə dünya çempionu oldu - FOTOLAR

  • By admin
  • 23 İyun 2017 10:56

cavad1

Azərbaycan idmançıları Kyokushindo (Qarışıq döyüş) idman növü üzrə dünya çempionatında uğrulu çıxış edib. Komandamız ümumi hesabda ikinci yerdə qərarlaşıb.

Gununsesi.info-ya məlumat verən Azərbaycan təmsilçisi və yarışın qızıl medalçısı Cavad Cavadov bildirib ki, Türkiyənin İstanbul şəhərində Kyokushindo (Qarışıq döyüş) idman növü üzrə dünya çempionatı keçirilib: “Azərbaycanı Kyokushindo (Qarışıq döyüş) idman növü üzrə dünya çempionatında 3 idmançıdan ibarət komanda təmsil edib”.

Yarışlar haqqında təəssüratını bölüşən C.Cavadov bildirib ki, çempionatda 60-a yaxın ölkədən idmançı iştirak edirdi. “Çempionat  Azərbaycan komandası üçün çox uğurlu keçdi və uğurlu nəticə göstərərək, bütün idmançılarımız  qızıl və gümüş medala sahib oldular. Belə ki, 60-65 kq çəki üzrə Cavad Cavadov 1-ci yeri tutub. Digər idmançımız Şamo Tenişov 65-70 kq çəki üzrə 2-ci yer, Əkbər Məcidli isə 70-75 kq çəki üzrə 2-ci yeri tutublar”- deyə, C. Cavadov vurğulayıb.

C.Cavadov sonda onu da bildirib ki, medal sayına görə Azərbaycan birinci olsa da, ümumi komanda hesabında komandamız ikinci yerə çıxıb.

C.Cavadov bu oyunlara yaxşı hazırlaşdırıldığına görə məşqçiləri Allahverdi Rüstəmov və Rəşad Abdullayevə öz minnətdarlığını bildirib.

cavad

Cavad2

Gununsesi.info