İdmanla məşğul olmadan 150 kiloqram arıqladı - FOTOLAR

  • By admin
  • 01 İyul 2020 21:10
ABŞ-ın Florida əyalətində yaşayan Zaç Mor idmanla məşğul olmadan bağında yetişdirdiyi tərəvəzləri yeməklə 150 kiloqram arıqlayıb.
Gununsesi.org xəbər verir ki, əvvəllər sadəcə hazır qidalarla qidalanan 39 yaşlı şəxs səhər yeməyində 3-4 yumurtalı sendviç, günorta yeməyində pizza, axşamlar isə sosiskalı sendviç, hamburger və kartof qızartması yediyini söyləyib.
Hər gün 3-4 ədəd iki litrlik şüşə kola içərək tam 227 kiloqram ağırlığa çatan adam qida zəhərlənməsi səbəbi ilə xəstəxanaya qaldırıldığını, davamlı olaraq qusma və ishal yaşadığını söyləyib.
Yaşadığı çətin günlərdən sonra xəstəxanada 20 kiloqram arıqlayan Mor vərdişlərini gözdən keçirərək karbonhidratlar və ətdən imtina edərək arıqlamağa davam edib.
1 il ərzində ağırlığı 177 kiloqrama çatan adam 7 saat davam edən mədə əməliyyatından sonra 77 kiloqram arıqlayıb. Bundan sonra bağında yetişdirdiyi tərəvəzlərlə qidalanan adam tərkibində şəkər, soya, buğda və glüten olan qidalardan uzaq duraraq sağlamlığına qovuşub.
Gununsesi.org