İflas edən aviaşirkətin 40 minədək sərnişini xaricdə köməksiz vəziyyətdə qalıb

  • By admin
  • 26 Sentyabr 2017 18:00

avia

İflas edən “VİM-Avia” şirkətinin xarici ölkədə 40 min sərnişini qalıb.

Gununsesi.info rian-ru-ya istinadən xəbər verir ki, Rosturizm iflas olan “VİM-Avia” şirkətinin xaricdəki sərnişinlərinin sayını açıqlayıb: “Hazırda “VİM-Avia” şirkətinin xaricdə 39 mindən artıq sərnişini qalıb. Onların mütləq əksəriyyəti Türkiyədədir”.

RİA-Novostinin verdiyi məlumata görə, Rusiyanın çarter reysi olan “Azur Air” “VİM-Avia”ya məxsus sərnişinlərin daşımasında iştirak edəcək.

Qeyd edək ki, “VİM-Avia” maliyyə çatışmazılığı nəticəsində çarter reyslərini dayandırmaq zorunda qalıb. Nəticədə on minlərlə sərnişin xarici ölkədə çıxılmaz vəziyyətdə qalıb və aviaşirkətin fəaliyyətini dayandırmasından əziyyət çəkir.

Gununsesi.info