İflic uşaqlar kömək üçün şok qurğu – VİDEO

  • By admin
  • 20 İyun 2016 13:30

Child shocking

 

HTML tutorial

İspaniya alimləri kürək əzələ atrofiyasından əziyyət çəkən uşaqlara yardım üçün ilk ekzoskelet təqdim ediblər. Gununsesi.info xəbər verir ki, qurğu “CSIC” və “Marsi Bionics” şirkəti ilə birlikdə hazırlanıb və patentləşdirilib. Titan və alümindən düzəldilən 12 kiloqramlıq konstruksiya ayaq üstündə bərkidilən və oynaq nahiyəsində hərəkətli birləşdirilmiş bədən millərindən, hər ayaq üçün 5 olmaqla elektromotordan, akkumulyatorun 5 saatlıq işi üçün hesablanmış vəziyyət və hərəkət tənzimləyicilərindən və idarəetmə kontrollerindən ibarətdir. Cihaz sərtliyi xəstənin vəziyyətinə uyğun müstəqil qura bilir.

Bildirilir ki, 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan ekzoskeletdən həm xəstələrin gündəlik həyatda sürətli hərəkət etməsi, həm də stasionar reabilitasiyası üçün istifadəsi planlaşdırılır. Qurğudan istifadə skolioz, osteoporoz və digər kürək əzələ atrofiyası xəstəliklərinin qarşısını almağa kömək edəcək. Hazırda sınaqları keçirilən ekzoskeletdən gələcəkdə mütəxəssislər hərəkətində digər pozuntular olan uşaqlara kömək üçün onun bir neçə modifikasiyasını yaratmaq niyyətindədirlər.

 

Məlumat üçün qeyd edək ki, kürək əzələ atrofiyası əzələ gücünün, əzələ atrofiyasının sürətlə itirilməsi ilə kəskinləşərək hərəkət pozuntusuna səbəb olmaqla tam ifliclə nəticələnə bilən ağır genetik əsəb-əzələ degenerativ xəstəliyidir. “CSIC”-in məlumatına görə, İspaniyada hər on min uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir.