İfrat sağçı siyasətçiyə pivə şüşəsi ilə hücum edildi

  • By admin
  • 21 Noyabr 2023 11:35

Sabah seçkiyə getməyə hazırlaşan Hollandiyada ifrat sağçı siyasətçi xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu həftə seçkilərin keçiriləcəyi Hollandiyada Demokratiya Forumu adlı ifrat sağçı partiyanın lideri Thierry Baudet Qroninqendə hücuma məruz qalıb.

X sosial media platformasında yayımlanan görüntülərdə Baudet barda bir nəfərin hücumuna məruz qalıb. Siyasətçiyə pivə şüşəsi ilə hücum edilərkən, Baudetin ən azı 3 dəfə vurulduğu görüntülərdə də qeyd olunub.

Bardakı adamlar işə qarışaraq Baudeti məkandan uzaqlaşdırıblar. 40 yaşlı Baudetin xəstəxanaya yerləşdirildiyi və həkim nəzarəti altına alındığı açıqlanıb. Hücum zamanı bir mühafizəçinin də yaralandığı bildirilib.

Hollandiya polisi hücum edənin tutulduğunu açıqlasa da, onun belə bir hücumu niyə həyata keçirdiyinin hələlik məlum olmadığını açıqlayıb.

Baudetin dünən planlaşdırılan daha bir mitinqi də ləğv edilib. Baudet ötən ay Belçikanın Gent Universitetinin kampusunda hücuma məruz qalıb. Həmin hücumda bir nəfər Baudetin başına çətirlə zərbə endirib.

Gununsesi.info