Iğdırda 68 təhlükəsizlik əməkdaşı həbs edilib

  • By admin
  • 27 İyul 2016 18:01

ıgdır

 

Iğdırda Fətullahçı Terör Təşkilatının /Paralel Dövlət Qurulması (FETÖ/PYD) istintaqı əsasında haqlarında axtarış və gözaltına alma qararı verilən 74 nəfər Təhlükəsizlik Xidməti əməkdaşlarından 68-i saxlanılıb. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Iğdırda 74 nəfər təhlükəsizlik xidmətinin vəzifəli əməkdaşı haqqında İğdır prokuroru tərəfindən yaxalanma və gözaltına alma qərarı verilib.

Aralarında 3. və 4. sinif təhlükəsizlik rəisləri və müdirlərinin, eləcə də komissarların da olduğu 68 nəfər şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən nəzarətə götürülüblər. Şübhəli bilinən digər 6 nəfərin isə axtarışı davam edir.

Qeyd edək ki, Iğdırda dövlət çevrilişinə təşəbbüsdə iştirak edənlərlə bağlı istintaq zamanı baş verən hadisələrdə iştirakı təsdiqlənən 50 nəfər polis əməkdaşı haqqında məlumat əldə edilmişdi.

Gülnaz Qənbərli