
Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət Qurulmasına (FETO / PDY) qarşı aparılan istintaq nəticəsində təşkilata maddi dəstək verdiklərinə görə, Akfa Holdinq və onun 44 törəmə şirkəti ilə Yeni Mağazacılık AŞ-da (A-101) keçirilən əməliyyat nəticəsində 97 nəfər nəzarətə alınıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Anadolu prokurorluğunda aparılan istintaqda dünən nəzarətə alınan 84 nəfər haqqında təhlükəsizlik idarəsinin əməliyyatları davam edərkən, 13 nəfər haqqında həbs-qətimkan qərarı verilib.Nəzarətə alınanlar arasında bir müddət Akfa Holdinqdə yüksək vəzifə daşıdığı öyrənilən İhlas Holdinqin Baş direktorui Cahit Paksoyun da olduğu bildirilir.Prokurorluğun göstərişiylə Akfa Holdinq İdarə Heyətinin sədri Fatih Aktaşın da arasında olduğu 84 nəfər də nəzarətə alındıqdan sonra Akfa Holdinq və 44 törəmə şirkəti ilə A-101 marketlər zəncirində axtarışa və əmlakının üzərinə həbs qoyulması əməliyyatı başladılıb.İhlas Holdinq AŞ-dən verilən yazılı izahatda bildirilib ki, Cahit Paksoyun həbsinin şirkətlə əlaqəsi yoxdur: “Cahit Paksoy şirkətimizə 18.04.2016 -cı ildə işə başlayıb vəxəbərdəki iddia da həmin dövrü əhatə etmir”.
Gülnaz Qənbərli
Gununsesi.info