İhlas holdinqin baş direktoru həbs edilib

  • By admin
  • 17 Avqust 2016 16:10

ihlas

Fətullahçı Terror Təşkilatı / Paralel Dövlət Qurulmasına (FETO / PDY) qarşı  aparılan istintaq nəticəsində  təşkilata maddi dəstək verdiklərinə görə,  Akfa Holdinq və onun 44 törəmə şirkəti ilə Yeni Mağazacılık AŞ-da  (A-101) keçirilən  əməliyyat nəticəsində 97 nəfər nəzarətə alınıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Anadolu prokurorluğunda  aparılan istintaqda dünən nəzarətə alınan 84 nəfər haqqında təhlükəsizlik idarəsinin  əməliyyatları davam edərkən, 13 nəfər haqqında həbs-qətimkan qərarı verilib.Nəzarətə alınanlar arasında bir müddət  Akfa Holdinqdə yüksək  vəzifə daşıdığı  öyrənilən İhlas Holdinqin Baş direktorui Cahit Paksoyun da olduğu bildirilir.Prokurorluğun göstərişiylə Akfa Holdinq İdarə Heyətinin sədri  Fatih Aktaşın da arasında olduğu 84 nəfər də nəzarətə alındıqdan sonra Akfa Holdinq və 44 törəmə şirkəti ilə A-101 marketlər zəncirində axtarışa və əmlakının üzərinə həbs qoyulması əməliyyatı başladılıb.İhlas Holdinq AŞ-dən verilən  yazılı izahatda  bildirilib ki, Cahit Paksoyun həbsinin şirkətlə əlaqəsi yoxdur: “Cahit Paksoy şirkətimizə 18.04.2016 -cı ildə işə başlayıb vəxəbərdəki  iddia da həmin  dövrü əhatə etmir”.

Gülnaz Qənbərli

Gununsesi.info