II Böyük Şəfəq Əməliyyatı başladı – Suriyada

  • By admin
  • 10 İyul 2017 21:56

suriya_ordusu
Suriya ordusu ölkənin səhra bölgəsində davam etdirdiyi “Böyük Şəfəq Əməliyyatı”nın ikinci mərhələsinə başlayıb.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, Suriya ordusu Dəməşqin şərqində yerləşən As-Sin hava limanı yaxınlığında əməliyyata start verib.

Qeyd edək ki, Suriya ordusu əməliyyatın ilk mərhələsində şiddətli qarşıdurmalar nəticəsində İŞİD-dən strateji əhəmiyyət daşıyan bir neçə mövqeni geri almağı bacarıb.

Gununsesi.info