
Azərbaycanda 6 ayda nikaha girmək istəyən 44 nəfərdə İİV aşkar olunub.
Bu barədə Gununsesi.info-ya Səhiyyə nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, 2016-cı ilin ilk 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Nazirlikdən o da bildirlib ki, ümumlikdə Azərbaycnada İİV-ə yoluxma halları əsasən narkotik vasitləri qəbul edilməsi nəticəsində və seksual yolla keçməsi üstünlük təşkil edir. Çünki Respublika QİÇS-lə Mübarizə Mərkəzi təqdim etdiyi statistika bunu sübut edir. İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,3 -də yoluxma yolu müəyyən edilməyib.
Mərkəzin 2016-ci ilin 6ilk 6 ayı ərzindəki hesabatında da qeyd edilib ki, epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Mürtəza
Gununsesi.info