İki alimin ölümünə səbəb olan casus edam ediləcək

İran və İsveç vətəndaşlığı olan şəxs “Mossad”a casusluq ittihamı ilə edam ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

HTML tutorial

“İran və İsveç vətəndaşı Əhməd-Rza Cəlali İsrailin xarici kəşfiyyat agentliyi Mossada casusluq etdiyi üçün İran Ali Məhkəməsinin qərarı ilə mayın 21-dək edam ediləcək”,- məlumatda deyilir.

Qeyd olunun ki, Cəlali Mossada İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib və bu, həmin ölkədə iki nüvə aliminin qətlinə səbəb olub. Onlardan biri 27 noyabr 2020-ci ildə İranda öldürülən aparıcı iranlı nüvə fiziki Möhsün Fəxrizadədir. İran rəsmiləri və ekspertlərinin fikrincə, qətldə İsrail kəşfiyyat xidmətlərinin əli olub.

Gununsesi.info