
Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.
“Mercedes” markalı minik avtomobil qarşıdan gələn “Ford” markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info