İki avtomobil toqquşdu, maşınlara ciddi ziyan dəydi

  • By admin
  • 17 Oktyabr 2016 10:13

yollllllllllllllllllllllllllllllllll

Ağdamda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

HTML tutorial

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Rayon sakini Əkbər Abbasov idarə etdiyi “VAZ 2107” markalı, 02 BX 940 qeydiyyat nömrə nişanlı avtomobillə dönmə əməliyyatını yerinə yetirərkən arxadan gələn, İntiqam Nəsirovun idarə etdiyi “NAZ Lifan” markalı, 02 BN 510 qeydiyyat nömrə nişanlı avtomobillə vurulub.

Xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info