
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Toyota” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:27-də başa çatıb.
Gununsesi.info