
Lənkəran ərazisində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Siyavər kəndində qeydə alınıb. Belə ki, iki “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Hər üç şəxs Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info